Misli Premyer Liqasının XII turunda tamaşaçı sayında mövsümün rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu rekord "Sumqayıt" - "Qarabağ" matçında baş tutub.
Belə ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9100 azarkeş tribunadan izləyib.
Bu mövsümün geridə qalan hissəsi üçün ən çox izləyici toplayan matç olub.
Bunadək rekord X turda Tovuz şəhər stadionunda keçirilən "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasında qeydə alınmışdı. Həmin görüşü 5800 azarkeş tribunadan izləmişdi.
Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib.
Qurban Qurbanov: “Sumqayıt” yaxşı təşkilatlanmış komandadır”
“Qarabağ” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
AFFA Klub nümayəndələri ilə onlayn görüş keçirib
“Sumqayıt” - “Qarabağ”: START HEYƏTLƏR
Azər Həşimov köməkçilərini günahlandırdı: “Vüsal Məsimov əvəzlənmək istəməyib”