AZ

Nazirlik: Ümumi icra göstəriciləri son beş ilin ən yüksək səviyyəsinə yüksəlib

Bakı, 22 noyabr, Günel Türksoy, AZƏRTAC

Ölkədə mülki dövriyyənin genişlənməsi və məhkəmə mübahisələrinin artması fonunda rəqəmsal həllərin tətbiqi, qanunvericilik və institusional tədbirlərin gücləndirilməsi, icra məmurlarına münasibətdə tələbkarlığın artırılması nəticələrin yaxşılaşdırılmasına imkan verib. Hazırda ümumi icra göstəriciləri son beş ilin ən yüksək səviyyəsinə yüksəlib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, icra sistemində səmərəliliyin artırılması, alternativliyin təmin olunması, iş yükünün optimallaşdırılması və xidmətlərin əlçatanlığının yaxşılaşdırılması istiqamətində geniş təhlillər aparılıb. Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Xüsusi icra məmurları haqqında” Qanun layihəsi qəbul edilib. 2026-cı ilin yanvar ayından bu institutun tətbiqinə başlanacaq.

Hazırda icra institutunun hüquqi bazasının beynəlxalq təcrübə əsasında daha da təkmilləşdirilməsi istiqamətində layihələr hazırlanır.

 

 

 

Seçilən
41
2
azertag.az

3Mənbələr