AZ

Van Qoqun iki əsəri rekord qırdı Fotolar

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Nyu-Yorkdakı “Sotheby’s” hərracında niderlandlı dahi rəssam Vinsent van Qoqun “Paris romanları” (1887) əsəri 62,7 milyon dollara satılaraq, rəssamın Paris dövrü işləri üçün yeni rekord müəyyən edib.

“Qafqazinfo” xəbər verir ki, ilkin qiymət proqnozu 40 milyon dollar olsa da, nəticə əvvəlki rekord olan “Kəpənəklərlə bağ küncündə” (33,2 milyon dollar) əsərini iki dəfə üstələyib.

Bu, həm də Van Qoqun natürmort janrında ən bahalı əsəri olub.

Van Qoqun digər əsəri “Buğda tarlasında əkinçi” (1888) isə 11,2 milyon dollara satılaraq, rəssamın hərracda satılmış ən bahalı eskizi rekordunu qırıb.

Bundan başqa, “Lamartine meydanında skamyalı ictimai bağ” (1888) 3 milyon dollara, “Səbəti arxada saxlayan balıqçı” (1883) isə 698,500 dollara alıcı tapıb.

“Paris romanları” artıq hərracda satılmış ən bahalı on Van Qoq əsəri siyahısına beşinci sıradan daxil olub. Alıcı anonimdir, amma rəsmin Şərqi Asiyaya gedəcəyi ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
qafqazinfo.az

2Mənbələr