AZ

Mask müxtəlif işləri yerinə yetirən Optimus robotlarının videosunu paylaşdı

BAKI, 22 noyabr. TELEQRAF

ABŞ-nin Tesla şirkətinin rəhbəri İlon Mask insanabənzər Optimus robotlarının müxtəlif peşə və xidmət sahələrində fəaliyyətinin nümayiş olduğu videonu yayımlayıb.

Teleqraf xəbər verir ki, o, bu videonu "X" sosial şəbəkəsində paylaşıb.

Kadrlarda robotların polis əməkdaşı, təcili yardım işçisi, tikinti işçisi və aşpaz kimi tapşırıqları yerinə yetirdiyi görünür.

Videoda həmçinin Optimus robotlarının çimərlikdə gəzdiyi, kunq-fu hərəkətləri nümayiş etdirdiyi və kazinoda oynadığı əks olunub. Mask isə paylaşımı heç bir şərh etmədən yayımlayıb.

Bundan əvvəl milyarder yaxın illərdə illik 1 milyon ədəd istehsal hesabına Optimus robotlarından ibarət “robot ordusu” yaratmağı planlaşdırdığını bildirmişdi.

Seçilən
42
teleqraf.com

1Mənbələr