Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apararaq Vaşinqtonun Ukrayna münaqişəsinin tənzimlənməsi üçün hazırladığı yeni sülh planını müzakirə edib.
APA xəbər verir ki, bu barədə Bild nəşri Almaniya hökumətinin nümayəndəsi Ştefan Korneliusa istinadən məlumat yayıb.
Kornelius bildirib ki, tərəflər arasında telefon danışığı etibarlı və konstruktiv olub.