“Barselona”nın gənc yarımmüdafiəçisi Qavi karyerasını PSJ-də davam etdirə bilər.
90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, Paris təmsilçisi ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
PSJ-nin baş məşqçisi Luis Enrike Qavini komandasında əsas oyunçulardan biri kimi görür və onun transferini rəhbərlikdən şəxsən istəyib. Lakin “Barselona” prezidenti Joan Laporta yetirməsini yalnız müqavilədə göstərilən 1 milyard avro məbləğində buraxacağını açıqlayıb və satışı hazırda planlaşdırmır.