İdman Arbitraj Məhkəməsi La Liqa prezidenti Xavier Tebasa qarşı icraata başlayıb.

Offsideplus.az xəbər verir ki, Tebas keçən yay "Barcelona"nın məxfi maliyyə məlumatlarını sızdırmaqda ittiham olunur.

İş İdmanda Şəffaflıq və Demokratiya Assosiasiyasının prezidenti Migel Qalan tərəfindən təqdim edilmiş şikayət əsasında açılıb.

"Barcelona" rəhbərliyi Tebası məlumatları açıqlamaqda günahlandırmış, La Liqa isə sonradan əlaqəli açıqlamaları veb saytından və sosial mediadan silmişdi.

Əgər ittiham sübut olunarsa, Tebas vəzifəsindən uzaqlaşdırıla bilər.