AZ

Zelenski Vens və Driskolla bir saat sülh planını müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın təklif etdiyi sülh planını ABŞ-ın vitse-prezidenti J.D.Venc və ABŞ Ordu katibi Daniel Driskoll ilə təxminən bir saat müzakirə edib.

Musavat.com xəbər verir ki, məlumatı Zelenski özünün Telegram kanalında yazıb: "ABŞ-ın vitse-prezidenti Vens və ABŞ Ordu katibi Driskol ilə təxminən bir saat danışdıq. Amerikanın müharibəyə son qoymaq təklifinin bir çox təfərrüatlarını müzakirə edə bildik".

Zelenski bildirib ki, onlar ABŞ və Avropa ilə məsləhət səviyyəsində birgə işləməyə davam etmək barədə razılığa gəlib.

20 noyabrda Driskolun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Kiyevdə keçirilən görüşdə Zelenskiyə ABŞ prezidenti Donald Trampın münaqişənin həlli planını təqdim edib. Financial Times (FT) qəzetinin yazdığına görə, Tramp tərəfindən təsdiqlənən 28 maddəlik sülh planı Kiyevdən əhəmiyyətli güzəştlər tələb edir. FT Ukrayna rəsmilərinə istinadən bildirib ki, Ağ Ev ilin sonuna qədər Ukraynadakı münaqişəyə son qoymaq üçün "aqressiv rejimdə" çalışır.

 

Musavat.com

Seçilən
89
50
musavat.com

10Mənbələr