AZ

Beynəlxalq Konfrans: “Uşaqların və Gənclərin Sosial və Maliyyə Savadlılığının Artırılması” » AzadMedia.az


20 noyabr 2025-ci il tarixində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Aflatoun International təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycanda uşaqların sosial və maliyyə savadlılığı mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın məqsədi gənclərin sosial-maliyyə biliklərinin artırılması istiqamətində beynəlxalq təcrübənin paylaşılması və ölkədə bu sahədə əməkdaşlığın genişləndirilməsi idi. Tədbirdə 8 ölkənin nümayəndələri, eləcə də 70-dən artıq ali və peşə təhsil müəssisələrinin təmsilçiləri iştirak etdi.

Konfransın təşkilinə dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “AZ Sığorta” şirkəti xüsusi qeyd olundu.
Açılış nitqində Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı çıxış edərək, nazirliyin uşaq və gənclərin sosial və maliyyə savadlılığı sahəsində həyata keçirdiyi tədbirlər, Rəqəmsal resurslar hazırlayaraq şagirdlərin maliyyə bacarıqlarını inkişaf etdirməsi üçün açıq platformalarda yerləşdirilmə, məktəb kurikulumuna maliyyə savadlığı mövzularının daxil edilməsi, məktəblərdə sosial layihələr və maarifləndirmə barədə məlumat verdi.

Ardınca Mərkəzi Bankının Maliyyə savadlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova əhalinin maliyyə savadlılığının artırılması istiqaməti üzrə Bankın strategiyası və prioritetləri, fəaliyyət planı, təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən cari və perspektivdə olan layihələr haqqında danışdı.

“AZ Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev çıxışında sığortanın cəmiyyətdə rolu, qarşılıqlı dəstək və sosial məsuliyyət kimi dəyərlərin əhəmiyyətinə diqqət çəkdi. və eləcə də maliyyə savadlığının hər bir insanın təhlükəsiz və dayanıqlı gələcək qurmasının əsas şərtlərindən biri olmasıdır. Sığorta yalnız məcburi prosedur deyil, həm də gözlənilməz risklər zamanı ailə büdcəsini qoruyan mühüm maliyyə alətidir.

Konfransın rəsmi açılışını “Ümidli Gələcək” təşkilatının icraçı direktoru Kəmalə Aşumova və Aflatoun International təşkilatının rəhbəri Roland Monasch birgə etdilər. Açılış nitqlərində təşkilatın 2011ci ildən etibarən Aflatun təşkilatının rəsmi üzv olması, proqram çərçivəsində Azərbaycanda həyata keçirilən və bu müddət ərzində uşaqların, gənclərin və pedaqoqların sosial və maliyyə biliklərinin inkişaf etdirilməsi istiqamətində əldə olunan nəticələr qeyd edildi. Bununla yanaşı, Roland Monasch Aflatoun proqramının artıq bir çox dövlətlərdə tətbiq edilməsi və əsas məqsədin uşaq və gənclər üçün üçün dayanıqlı maliyyə-təhsil modelinin qurulmasıdır. O, Azərbaycanda bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

Konfrans panel müzakirələrlə davam etdi. Aflatoun International Avropa Regional Koordinatorunun moderatorluğu ilə Türkiyə, Keniya, Efiopiya, İndoneziya, Jordan, Ukrayna və Qırğızıstan nümayəndələrinin təqdimatları keçirildi. Hər bir ölkənin sosial və maliyyə savadlılığı üzrə təhsil proqramları, dövlət əməkdaşlıqları və innovativ təcrübələri iştirakçılar tərəfindən maraqla dinlənildi.
Konfrans beynəlxalq əlaqələrin gücləndirilməsi, təhsil proqramlarının genişləndirilməsi və gələcək əməkdaşlıqların dərinləşdirilməsi barədə razılaşmalarla yekunlaşdı.
Seçilən
64
1
azadmedia.az

2Mənbələr