AZ

Sabirin sözlərini dəyişən BU MÜĞƏNNİ İMİŞ…

Müğənni Kəmalə Qaramollayeva növbəti layihəsini təqdim edib. 

İfaçı Mirzə Ələkbər Sabirin məşhur “Qoyma gəldi!” şeirinin sözlərinə bəstələnən mahnısına klip də çəkdirib.

Mahnıda ən çox müzakirələrə səbəb olan nüans isə, Sabirin Şeirinin ilkin variantında yer alan “İyrənmişəm ağzının suyundan” ifadəsinin “Adətdir, yəqin, gəlir soyundan” kimi dəyişdirilməsi olub.

Ekran işinin layihə rəhbəri tanınmış prodüsser Asif Kərimovdur.

Qeyd edək ki, “Qoyma gəldi!” layihəsi son günlər sosial mediada geniş müzakirələrə səbəb olub.

Bəzi izləyicilər ifanı bəyənərək müsbət rəylər yazsalar da, digərləri mahnını Sabirin irsinə uyğun hesab etmədiklərini bildiriblər.

Seçilən
59
2
busaat.az

3Mənbələr