AZ

İnsanlar bu sahələrdə 12 13 saat işlədilir AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təkcə restoranlar və otellər deyil, sənaye və ərzaq malları satan mağazalarda da işçilər çox vaxt 12–13 saat işlədilir və ağır iş şəraitinə görə onlar tez-tez iş yerini dəyişməli olurlar".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.O bildirib ki, ticarət obyektlərində çalışanların davamiyyətinə nəzər yetirsək, görərik ki, bir işçi cəmi bir ay, digəri isə 15 gün işləyib işdən çıxır:"Bəzən insanlar mənə müraciət edərək əməyin düzgün ödənilmədiyini, hətta əməliyyatlarına pul verilmədiyini deyirlər. Düzdür, bu birbaşa mənim səlahiyyətimə aid məsələ deyil, lakin onları aidiyyəti qurumlara yönləndirirəm.Təəssüf ki, Azərbaycanda həmkarlar ittifaqları peşəkar səviyyədə fəaliyyət göstərmir və müxtəlif sahələrin spesifik problemlərini izləmək üçün kifayət qədər effektiv mexanizmlərə malik deyillər. İşçilərlə əlaqələr zəifdir; hətta bir çoxları öz həmkarlar ittifaqının mövcudluğundan və funksiyalarından xəbərsizdir. Həmkarlar ittifaqları isə xüsusilə bu cür ağır şəraitdə çalışan işçilərlə lazımi səviyyədə əməkdaşlıq qura bilmir".Ekspert deyib ki, cəmiyyətdə həmkarlar ittifaqına daha çox "putyovka" verən, istirahət yerləri ayıran qurum kimi yanaşılır. Halbuki həmkarlar ittifaqı işçilərin hüquqlarını müdafiə etməli, onlar çətinliklə üzləşəndə müraciət edə biləcəyi real bir ünvan olmalıdır. Bu qurumlar həm hüquqi dəstək verməli, həm də əmək münasibətlərinin pozulduğu hallarda işçilərin yanında olmalıdır. Təəssüf ki, bu fəaliyyət uzun illərdir demək olar ki, yoxdur.Hazırda müəyyən islahatlar getsə də, onların əsas diqqəti yenə də "putyovka"ların verilməsi və istirahət yerlərinin idarə olunması üzərində cəmlənib. Qurumların fəaliyyəti çox qapalıdır və işçilərin gündəlik problemlərinin həlli istiqamətində real irəliləyiş hiss olunmur".Qeyd edək ki, Biləcəridə işdən əlavə tapşırığı yerinə yetirərkən 4 gənc elektirik vurmasından həyatını itirib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr