AZ

Uşaqlar Birliyinin sığıncağından itkin düşən yeniyetmə tapılıb-YENİLƏNİB

Uşaqlar Birliyinin sığıncağından itkin düşən yeniyetmə tapılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib. Qeyd olunub ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılıb.

***

20 noyabr, 23.11

Azərbaycan Uşaqlar Birliyinin sığıncağına yerləşdirilən yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, yeniyetmə təhsil aldığı müəssisəyə gedib və geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Seçilən
19
10
apa.az

10Mənbələr