AZ

Rusiya Hərbi Hava Qüvvələrinin Ternopola raket zərbəsi nəticəsində qurbanların sayı artıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Киев, 21 ноября, АЗЕРТАДЖ

Ternopolda Rusiya raket zərbəsi nəticəsində həlak olanların sayı artıb. Bu gün axtarış-xilasetmə əməliyyatlarının aparıldığı yerdə daha üç qurbanın - bir qadın və iki uşağın cəsədi aşkar edilib.

AZƏRTAC bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalına istinadla xəbər verir.

“Noyabrın 21 saat 12:00-a olan məlumata görə, xilasedicilər dağılmış evin yerindəki dağıntılar altından daha üç nəfərin - bir qadın və iki uşağın cəsədini çıxarıblar”, - deyə polis qeyd edib.

Bildirilir ki, həlak olanların sayı 31 nəfərə çatıb, onlardan altısı uşaqdır. Bununla yanaşı, 18-i uşaq olmaqla 94 nəfər xəsarət alıb.

Bütün fövqəladə xidmətlər hadisə yerində fasiləsiz işləməyə davam edir. Polis psixoloqları digər ixtisaslaşmış xidmətlərdən olan həmkarları ilə birlikdə vətəndaşlara təcili psixoloji yardım göstərirlər.

“Həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və itkin düşənlərin axtarışı davam edir”, - deyə Milli Polis əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
1
azertag.az

2Mənbələr