AZ

Zelenski ilə müzakirə: Avropa Trampın planı ilə razılaşmadı

ain.az bildirir, Axar.az portalına istinadən.

Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıblar.

Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin yaydığı bəyanatda qeyd olunub.

“Liderlər uzunmüddətli və ədalətli sülh yolunda Ukraynaya sarsılmaz və tam dəstəklərini təsdiqləyiblər.

Onlar həmçinin Ukraynanın suverenliyinin möhkəmləndirilməsi və güclü təhlükəsizlik təminatları ilə bağlı ABŞ-ın səylərini və təkliflərini alqışlayıblar. Liderlər bu istiqamətdə yaxın koordinasiyanı davam etdirmək niyyətindədir”, - bəyanatda bildirilib.

Bəyanata görə, liderlər ABŞ-ın sülh planının əsas hissəsi olan Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması ilə razılaşmayıblar.

Bundan başqa, Avropa liderləri bildiriblər ki, Ukraynadakı hazırkı cəbhə xətti istənilən ərazi müzakirələri üçün başlanğıc nöqtəsi olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
axar.az

1Mənbələr