AZ

Hindistanda film kimi oğurluq

Hindistanın Karnataka əyalətinin paytaxtı Bengaluru şəhərində silahlı bir dəstə özlərini Hindistan Mərkəzi Bankının (RBI) əməkdaşı kimi təqdim edərək pul daşıyan nəqliyyat vasitəsini saxlayıb və təxminən 70 milyon rupi (800 min ABŞ dolları) oğurlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə çərşənbə günü günorta saatlarında şəhərin ən işlək bölgələrindən birində baş verib.

Bengaluru polis rəisi Seemant Kumar Singin verdiyi açıqlamaya görə, altı nəfərdən ibarət olduğu bildirilən şübhəlilər bir SUV avtomobili ilə pul daşıyan maşının qarşısını kəsiblər. Maşında bir sürücü, bir nağd puldan məsul şəxsi və iki silahlı mühafizəçi olub.

Soyğunçular işçilərə Hindistan Mərkəzi Bankı adından hərəkət etdiklərini və daşınan böyük miqdarda pulun sənədlərini yoxlamalı olduqlarını bildiriblər.

Dəstə nağd puldan məsul şəxs və mühafizəçilərə silahlarını maşında qoymalarını söyləyərək onları SUV-a mindirib, sürücüyə isə maşını idarə etməyə davam etməyi əmr edib.

SUV avtomobili pul daşıyan maşını bir neçə kilometr izləyib. Daha sonra soyğunçular sürücünü maşından endirib, nağd pul məsulunu və mühafizəçiləri sərbəst buraxıb, pulu silah gücü ilə başqa bir avtomobilə köçürərək hadisə yerindən qaçıblar.

Rayonda məhdud sayda təhlükəsizlik kamerası olduğu üçün polis dəstənin qaçış zamanı bir neçə avtomobildən istifadə etmiş ola biləcəyini ehtimal edir. Soyğundan sonra pul daşıma şirkəti polisə şikayət edib.

Hindistan daxili işlər naziri G Parameshvara isə şübhəlilərin qaçmaq üçün avtomobil dəyişdirmiş ola biləcəyini bildirib və əməliyyata güvəndiklərini qeyd edib.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr