AZ

Sürücülər hansı ardıcıllıqla hərəkət etməlidir? DOĞRU CAVAB

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avtosfer.az saytı yolayrıcının keçilməsi ilə bağlı yeni sualı oxuculara təqdim edir.

Bu yolayrıcında avtomobillər hansı ardıcıllıqla keçməlidir?

1) Sarı, göy, qırmızı

2) Göy, sarı, qırmızı

3) Qırmızı, göy, sarı

4) Qırmızı, sarı, göy

5) Sarı, qırmızı, göy

Doğru cavab: 3) Qırmızı, göy, sarı

İzah: Qanunvericiliyə görə, sürücülər nizamlanmayan yolayrıclarında üstünlük nişanlarına uyğun hərəkət etməlidirlər. Təqdim etdiyimiz fotoda qırmızı rəngli avtomobil baş yolda olduğu üçün birmənalı olaraq üstünlüyə malikdir. Buna görə də, o, yolayrıcını birinci keçməlidir. Göy avtomobil ikinci dərəcəli yolla hərəkət etsə də, yaşayış zonasından çıxan avtomobilə nisbətdə üstünlüyə malikdir. Çünki "Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər. Bu səbəbdən qırmızı avtomobildən sonra göy, daha sonra isə sarı avtomobil hərəkət etməlidir.

Çox təəssüf ki, təqdim etdiyimiz bu sualın doğru cavabını tapan oxucumuz olmadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
3
avtosfer.az

4Mənbələr