AZ

Gürcüstandan Azərbaycana avtomobil ixracı KƏSKİN AZALDI

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana ümumi dəyəri 181 milyon dollar olan 6771 avtomobil ixrac edib.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə tədarükün həcmi dəyər ifadəsində 29%, kəmiyyət baxımından isə 40% azalıb.

Rəqəmlərin azalmasına baxmayaraq, Azərbaycan Gürcüstan avtomobillərinin üçüncü ən böyük idxalçısı olaraq qalır. Hesabat dövründə Gürcüstan 2,287 milyard dollar dəyərində 92 713 avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 14% çoxdur.

Musavat.com

Seçilən
35
musavat.com

1Mənbələr