AZ

Azərbaycanla Vyetnam arasında bu saziş təsdiqləndi

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam tərəfinə bildiriş göndərməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
19
qafqazinfo.az

10Mənbələr