AZ

Pakistan TV rəhbəri: D 8 ölkələri birgə media dayanıqlığını gücləndirməlidir

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birlikdə daha güclü, daha koordinasiyalı bir D-8 media əməkdaşlığı yarada bilərik.

Bunu D-8 Media Forumu çərçivəsində keçirilən “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzusunda panel sessiyasında çıxış edən Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb bildirib.

Onun sözlərinə görə, Pakistanın Hindistanla son münaqişə zamanı olan təcrübəsi göstərdi ki, bir ölkə özünü yalnız döyüş meydanında deyil, qlobal informasiya məkanında da müdafiə etməlidir.

"Gələcək üçün D-8 regionunda kollektiv media dayanıqlığını gücləndirməliyik. Çünki biz elə bir dövrdə yaşayırıq ki, hazırda saxta xəbərlər doğrulardan 10 dəfə sürətlə yayılır, deepfake texnologiyaları siyasi qarşıdurmalarda geniş istifadə olunur, informasiya regionları sabitsizləşdirmək üçün silaha çevrilir .

Bu səbəbdən həmkarlarımız, D-8 Baş Katibliyi və

Azərbaycanın təşkilatçılığı ilə daha yaxın koordinasiya həyati əhəmiyyət kəsb edir", o bildirib.

Adil Şahzeb D-8 ölkələrinin milli xəbər agentliklərini, akkreditə olunmuş media qurumlarını və aparıcı media təşkilatlarını bir araya gətirəcək virtual qrupun yaradılmasıni təklif etdi:

"Biz hamımız hibrid müharibə, dezinformasiya və qlobal narrativ rəqabəti şəraitində yayılan saxta xəbərləri ifşa etmək üçün birgə çalışmalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
apa.az

2Mənbələr