AZ

"Arsenal" "Mançester Yunayted"in keçmiş futbolçusunu transfer edə bilər

"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey İngiltərə çempionatına geri dönə bilər.

90deqiqe.Az-ın "Team Talk"a istinadən məlumatına görə, şotland futbolçunun xidmətində "Arsenal" klubu maraqlıdır.

London klubu qış transfer pəncərəsində 28 yaşlı futbolçunu almaq istəyir.

Neapolda isə Maktominey, komandanın ən vacib oyunçularından biri hesab olunur və klub onu 80 milyon avrodan ucuz satmağı düşünmür.

Transfermarkt saytı isə futbolçunun qiymətini 50 milyon avro olaraq qiymətləndirir.

2025/2026 mövsümündə Maktominey 14 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "Napoli" ilə olan mövcud müqaviləsi isə 2028-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Maktominey daha əvvəl "Mançester Yunayted"də oynayıb.

Seçilən
13
90deqiqe.az

1Mənbələr