AZ

Bitkoinin qiyməti kəskin düşdü

Kriptovalyuta bazarlarında bitkoinin qiyməti 83 min dollara düşüb.

"Cebheinfo.az" analitik "Coinmarketcap" şirkətinin məlumatına əsasən xəbər verir ki, bitkoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının ümumi dəyəri son 24 saat ərzində təxminən 8,3 % azalaraq 2 trilyon 870 milyard dollara geriləyib.

Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoinin qiyməti son 24 saatda təxminən 9 %-dən çox ucuzlaşaraq 2025-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə enib.Bakı vaxtı ilə saat 12:25-ə olan məlumata əsasən, bitkoin 83 min 243 dollardan ticarət olunur və həftəlik dəyər itkisi 14 %-ə çatıb.

Bitkoin 2025-ci ilin aprelində ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə qlobal maliyyə bazarlarını sarsıtmasından sonra 74 min 400 dollara qədər enmişdi.

Bazar dəyərinə görə ikinci yerdə olan "Ethereum"un qiyməti də 10 %-dən çox azalaraq 2 min 717 dollar səviyyəsinə düşüb.

Analitiklər bildirirlər ki, faiz dərəcələri ilə bağlı narahatlıqlar, kreditlə açılmış mövqelərin bağlanması, mənfəət realizasiyası və pul siyasətindəki qeyri-müəyyənliklər investorların kriptovalyuta bazarından uzaqlaşmasına səbəb olur.

Texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar da kripto investorlarında narahatlıq yaradıb.

Seçilən
76
16
cebheinfo.az

10Mənbələr