AZ

“Çelsi”nin futbolçusu evdə barmağını sındırıb

Bakı, 21 noyabr, AZƏRTAC

İngiltərənin “Çelsi” klubunun futbolçusu Koul Palmer yenidən zədələnib.

AZƏRTAC xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi evdə ayaq barmağını sındırıb. London təmsilçisinin baş məşqçisi Enzo Mareskanın sözlərinə görə, futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

O, Premyer Liqada “Börnli” və “Arsenal”, Çempionlar Liqasında isə “Barselona”ya qarşı görüşləri buraxacaq.

İngiltərə millisinin üzvü qasıq nahiyəsində olan zədəsini bu yaxınlarda sağaltmışdı.

Seçilən
53
4
azertag.az

6Mənbələr