Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nin hərbi və kəşfiyyat məqsədli yeni nəsil casus peyk sistemi ciddi texniki problemlə üzləşib.
Peyk izləmə üzrə mütəxəssis Skott Tilli "SpaceX" tərəfindən istehsal olunan 171 "Starshield" peykində təhlükəli sayılan siqnal xətası aşkar edib.
Mütəxəssisin sözlərinə görə, peyklər 2025–2110 MHz diapazonunda yerdən kosmosa göndərilən uplink siqnallarına ayrılmış kritik tezliklərdə yanlış istiqamətdə və yanlış frekansta yayım həyata keçirir. Bu vəziyyət ABŞ ordusunun kosmosdakı aparatlarla əlaqəsini poza biləcək birbaşa əməliyyat riski kimi qiymətləndirilir.
Tilli bildirib:“Bu tezlik zolağı yalnız uplink siqnallarına ayrılıb. Eyni diapazonda güclü siqnal axını yer stansiyalarının kosmosdakı aparatlarla əlaqəsini ciddi şəkildə poza bilər”.
Araşdırma göstərib ki, peyklərin səhv siqnal yayımı yalnız ABŞ ilə məhdudlaşmır – Kanada və Meksika üzərində də fasiləsiz şəkildə davam edir. Siqnalların beynəlxalq sərhədləri aşması yaratdığı riskin miqyasını daha da artırır.
"Ars Technica"-nın məlumatına görə, yüzlərlə peyki əhatə edən bu nasazlıq telekommunikasiya xidmətlərində, televiziya yayımında və yer stansiyalarının kosmik aparatlarla əlaqəsində kəsintilərə səbəb ola bilər. Rəsmi olaraq hələ heç bir kəsinti qeydə alınmasa da, mütəxəssislər bunu kritik səviyyəli problem kimi qiymətləndirir.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.