AZ

Yeni klinika nın qarşısında növbə problemi Video

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkədə "Yeni klinika" ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, videoda klinikanın qarşısında insan növbəsinin çox olması nümayiş edilib.

Videonu çəkən və orada olan vətəndaş isə "Niyə bununla bağlı tədbir görülmür" sözlərini deyib. Əlavə olunub ki, insanlar saatlarla küçədə gözləməli olub. Pasiyenlər hər gün bu halı yaşadıqlarını, içəri keçməkdə çətinlik çəkdiklərini bildiriblər. Onlar qeydiyyat prosessinin ləng aparılmasından şikayət ediblər. 

"Yeni klinika" yayılan görüntülərlə bağlı açıqlama yayıb. Bildirilib ki, klinikanın fəaliyyəti səhər saat 08:00-da başlayır:

"Sosial mediada "Yeni klinika"nın qarşısında növbə sıxlığı ilə bağlı yayılan görüntülərlə əlaqədar bildiririk ki, tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir. Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir.

Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar. Xatırladaq ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"da həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur. Vətəndaşlar “E-tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə (randevu) əldə edə bilirlər".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
axsam.az

1Mənbələr