AZ

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Türkiyə arasındaticarət əməliyyatlarının həcmi 4,770 milyard ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 378,5 milyon ABŞ dolları və ya 7,3% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 11,67%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında İtaliyadan sonra ikincipillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə 2,8milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 408,7 milyon ABŞ dolları və ya 12,7%azdır.

Dövr ərzində Türkiyəyə ixrac edilmiş məhsulların 65,042 milyonABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 133,1min tona bərabər olub. Beləliklə, ötən ilin eyni dövrü iləmüqayisədə bu ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə neftixracı dəyər ifadəsində 128,9 milyon dollar və ya 3 dəfə, həcmbaxımından isə 221,3 min ton və yaxud 2,7 dəfə azalıb.

Bununla da Türkiyə hesabat dövründə Azərbaycanın ən çox neftixrac etdiyi ölkələr siyahısında 18-ci pillədə qərarlaşıb.

Eyni zamanda cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyəixrac edilmiş məhsulların 486,3 milyon ABŞ dollarını qyeir-neftməhsulları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə8,7 milyon ABŞ dolları və ya 1,8% çoxdur.

Türkiyəyə ixrac edilmiş qeyri-neft məhsullarının ümumi ixracdapayı 16,28% paya malik olub. Bununla da Türkiyə dövr ərzindəAzərbaycanən ən çox ikinci qeyri-neft məhsulları alıcısı mövqeyindəqərarlaşıb.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 1,949 milyard ABŞdolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cüilin eyni dövrü ilə müqayisədə 30,2 milyon ABŞ dolları və ya 1,6%artım deməkdir. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ənçox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü pillədəqərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyardABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya2,5 dəfə azdır.

Seçilən
20
13
az.trend.az

10Mənbələr