AZ

Politico: Avropada bəziləri ABŞ-nin sülh təklifini “təzyiq strategiyasının bir hissəsi” hesab edir

Alman rəsmisi: Tramp eyni anda hər kəsə təzyiq göstərmək taktikasından istifadə edir…

Poliqon xəbər verir ki, Politico-nun məlumatına görə, bir sıra Avropa paytaxtlarında ABŞ-ın Ukrayna üzrə irəli sürdüyü sülh planına şübhə ilə yanaşılır və bu planın Vaşinqtonun həm Kiyevə, həm də Moskvaya təzyiq göstərməyə yönəlmiş daha geniş strategiyasının elementi olduğu düşünülür.

Nəşrə danışan yüksək vəzifəli alman rəsmisi bildirib ki, Almaniya kansleri Fridrix Merts Avropa ölkələrinin birgə mövqeyinin formalaşdırılması üzərində “çox intensiv” işləyir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donal Trampın yeni planı “klassik strategiyasının bir nümunəsidir” – yəni bütün tərəflərə eyni vaxtda təzyiq göstərmək.

Alman rəsmisi qeyd edib ki, ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sərt sanksiyaları yaxın günlərdə qüvvəyə minəcək və Tramp Senatda Rusiyaya qarşı daha sərt tədbirlərin tətbiqini nəzərdə tutan yeni qanun layihəsini dəstəklədiyini açıq şəkildə göstərib.

Bununla yanaşı, son günlər Vaşinqtonun Ukraynada hərbi məsləhətçi fəaliyyətini genişləndirdiyi də diqqətə çatdırılıb. Rəsmilərin sözlərinə görə, bu, ABŞ-ın “ikili təzyiq strategiyasının” bir hissəsidir: həm Moskva, həm Kiyev, həm də Avropa qarşısında siyasi və təhlükəsizlik baxımından güclü mövqe yaratmaq.

Mənbə qeyd edir ki, bu şəraitdə Avropanın öz nüfuzunu artırması və Vaşinqtonun təşəbbüslərinə paralel olaraq regional diplomatik səyləri daha sıx koordinasiya etməsi zərurətə çevrilib.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr