AZ

"Tramp mənə bir həftə vaxt verib"

Ukrayna lideri Volodimir Zelenski “dolayı yolla təsdiqləyib” ki, Birləşmiş Ştatlar Kiyevə Vaşinqtonun münaqişənin həlli üzrə sülh planını razılaşdırmaq üçün bir həftə vaxt verib.

"Unikal" xəbər verir ki, bu  barədə Ukraynanın “Strana” nəşri yazır. 

“Zelenski dolayı yolla təsdiqlədi ki, Birləşmiş Ştatlar Ukraynaya ABŞ prezidenti Donald Trampın sülh planı ilə razılaşmaq üçün bir həftə vaxt verib ”, - bəyanatda deyilir.

KİV qeyd edib ki, “Xalqın xidmətçisi” partiyası fraksiyası ilə görüşdə Zelenski bildirib ki, qarşıda danışıqların “çətin” həftəsi var, lakin “Ukraynaya milli maraqlarını təslim etmək üçün təzyiq ediləcəyinə inanmaq üçün heç bir əsas yoxdur”.

Seçilən
27
16
unikal.az

10Mənbələr