Bakı, 21 noyabr, AZƏRTAC
Bu gün ölkələr hibrid təhdidlərlə üzləşir. Süni intellektlə hazırlanan xəbərlərin sürətlə yayılması cəmiyyətin dövlət təsisatlarına inamına zərbə vura bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin Rabitə, Strateji Rabitə və Böhran İdarəetmə İdarəsinin rəisi Bora Bayraktar D-8 Media Forumunun açılış mərasimində deyib.
Kommunikasiya sahəsində yeniliklərin olduğunu diqqətə çatdıran Bora Bayraktar mürəkkəb qlobal çağırışlar baxımından ölkələrin qarşısında yeni məsələlərin durduğunu bildirib.