AZ

Azərbaycan müdafiə nazirinin müavinləri “Dubai Airshow 2025” sərgisində iştirak ediblər

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “Dubai Airshow 2025” aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

“Poliqon” xəbər verir ki, müdafiə nazirinin müavinləri müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələri ilə birgə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlarla tanış olub.

Səfər çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilir, hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ilk dəfə olaraq ölkəmizi stendlə təmsil edib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

4e023cfee611bfeedd504a1da2cb784e

a608b89880237462a25c5187fa3bde6e

72a137783af7877747985fc3d1737faf

Seçilən
36
12
poliqon.az

10Mənbələr