AZ

Gələn ildən bu sahələrdə vergi və güzəştlər tətbiq ediləcək

Bakı. Trend:

2026-cı il dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsindədəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdəbirinci oxunuşda qəbul edilib.

Trend-inməlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenariclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi3 blokdan ibarət olmaqla ümumilikdə45 əsas maddə üzrə 145dəyişiklikdən ibarətdir.

Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqamətləriaşağıdakılardan ibarət olacaq.

1. İnvestisiya mühitinin və sahibkarlıqfəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergiyükünün azaldılması

  • Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıqsubyektlərinə işğaldan azad edilmiş ərazilər üzrə tətbiq ediləneyni vergi güzəştlərinin verilməsi (2026-cı il yanvarın 1-dənetibarən 10 il müddətində mənfəət (gəlir), idxalda ƏDV (əsasvəsaitlərin, xammal və materiallarını idxalına münasibətdə güzəştinyalnız sənaye və texnologiya parklarının, sənaye məhəllələrininrezindentləri və investisiya təşviqi sənədi alan şəxslərəmünasibətdə tətbiqi), əmlak, torpaq və sadələşdirilmiş vergidənazadetmə)
  • Azərbaycan Respublikasının ərazisində istehsal olunan yükavtomobillərinin satışının və onların ehtiyat hissələrininidxalının ƏDV-dən azad olunması
  • Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı vəsatışına tətbiq olunan ƏDV azadolmasının ləğv edilməsi və01.01.2027-ci il tarixədək oturacaqsız, tutacaqsız və monitoruquraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslarınidxalı və satışının ƏDV-dən azad olunması
  • Azərbaycan Respublikasının ərazisində istehsal olunan minikavtomobillərinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin2027-ci il yanvarın 1-dən 7 il müddətinə tam istehsal sənayeyığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaqəməliyyatlarının yerinə yetirilməsi şərti ilə verilməsi (Qeyd:Naxçıvan MR-də minik avtomobillərinin istehsalını həyata keçirənvergi ödəyicilərinə münasibətdə mövcud güzəşt şərtləri 2030-cu ilyanvarın 1-dək saxlanılır)
  • Kənd təsərrüfatı sahəsinə verilən güzəştlərin balıqçılığa daşamil edilməsi
  • İctimai iaşə fəaliyyəti sahəsinə ƏDV və sadələşdirilmiş vergiüzrə güzəştlərin verilməsi (2026-cı il yanvarın 1-dən 3 ilmüddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərtərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsızqaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasındaformalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumidövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həminşəxslər üzrə nağdsız dövriyyənin 6% dərəcə ilə sadələşdirilmişvergiyə cəlb olunması)
  • Rüsumsuz ticarət mağazalarına satılan malların ƏDV-yə və aksizə0 (sıfır) dərəcə ilə cəlb edilməsi
  • Fiziki şəxslər tərəfindən xaricdən əldə edilən dividendgəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 5%-ə endirilməsi
  • Mineral gübrələrlə yanaşı kənd təsərrüfatı sahəsində istifadəolunan orqanomineral (özündə həm üzvi, həm də mineral tərkibhissələrini birləşdirən) gübrələrin də idxalı və satışının ƏDV-dənazad edilməsi
  • Dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində özəl tərəfdaş vəya layihə şirkətinin tikinti işlərinə cəlb edilmiş podratçılarınalayihənin dəyərinə aid edilən texnikanın, texnoloji avadanlıqlarınvə qurğuların idxalı üzrə ƏDV güzəştinin verilməsi
  • Media subyektlərinə tətbiq olunan vergi güzəştlərinin daha 3 ilmüddətinə uzadılması
  • Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması vəmodernizasiyası layihəsi çərçivəsində avadanlıqların vəmaterialların idxalının ƏDV-dən azad edilməsi müddətinin daha 3 ilartırılması
  • Gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən təsdiqedicisənəd əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ mallarınidxalının 01.05.2026-cı ildən 3 il müddətinə ƏDV-dən azadedilməsi

2. Vergi daxilolmalarının və büdcə gəlirlərinintənzimlənməsi

  • Qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yüküntənzimlənməsi:
    - proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirinməbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10%və 14% dərəcələri ilə);
    - sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000 manatdanyuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə endirilməsi(işçi üzrə 10%, işəgötürən üzrə 11%);
    - tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdanyuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%)endirilməsi təklif olunur.
  • Kvadrisikllərın və mobil cihazların aksizli malların siyahısınaəlavə olunması və aksizə cəlb edilməsi:
    - mobil cihazların aksizli malların siyahısına əlavə olunması vəhər ədədinə görə 20 manat məbləğində aksiz vergisinin müəyyənedilməsi, eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlərüçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədədmobil cihazın gətirilməsi təklif olunur.
  • Aksizli mallar üzrə hesablanmış aksiz məbləğinin icbari tibbisığorta fonduna ödənilən hissəsinin ləğv edilməsi və dövlətbüdcəsinin gəlirlərinə aid edilməsi, habelə yanacağa görə müəyyənedilmiş icbari tibbi sığorta haqqının ləğv edilməsi və VergiMəcəlləsində müəyyən edilmiş yol vergisinin dərəcəsininartırılması
  • Neft-qaz sahəsində mədən və aksiz vergilərinin topdansatışqiymətindən faizlə deyil, istehsal həcmindən asılı olaraq sabitməbləğdə hesablanması
  • Alkoqullu içkilər və tütün məmulatları üzrə aksiz dərəcələrininartırılması (içməli spirt, araq, konyak və energetik içkilər hərlitrinə 0,2 manat, siqarilla, siqaret min ədədinə 9,5 manat,tündləşdirilməmiş alkoqollu içkilər hər litrinə 0,1 manatartım)
  • İstehsal buraxılış tarixindən 7 ildən çox ötmüş nəqliyyatvasitələrinin idxalı zamanı hesablanmış aksiz məbləğinə tətbiqolunan yüksəldici əmsalların artırılması (benzin mühərrikli minikavtomobillərinə münasibətdə 1,2-dən 1,5-ə, dizel mühərrikli minikavtomobillərinə münasibətdə isə 1,5-dən 2-yə)
  • Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərənvergi ödəyicilərinə 100 faiz həddində tətbiq edilən əmlak vergisigüzəştinin 75 faiz həddində tətbiqi
  • Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verəninvestisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinindövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aidedilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan vəaktivlərə aid edilən digər vəsait hesabına alınan və yaquraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görəhesablanmış amortizasiya məbləği qədər vəsaitin vergi ödəyicisiningəlirlərinə və xərclərinə aid edilməsi:
    - dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılanvə aktivlərə aid edilən subsidiya (hökumət yardımı) hesabına alınanvə ya quraşdırılan əsas vəsaitlərə (fondlara) və qeyri-maddiaktivlərə görə tam məbləğdə amortizasiya hesablanması və həminməbləğ qədər subsidiyanın gəlir hesab edilməsi;
    - amortizasiya olunmayan aktivlərin alınması və ya quraşdırılmasıməqsədilə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarındanayrılan və aktivlərə aid edilən subsidiyanın (hökumət yardımının)gəlir və ya zərər kimi nəzərə alınmaması;
    - aktivlərə aid edilən subsidiya hesabına mallar (işlər, xidmətlər)alınarkən ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməməsi təklifolunur.
  • Könüllü açıqlama sisteminin əhatəsinin genişləndirilməsi(səyyar vergi yoxlamasının keçirilməsindən asılı olmayaraq vergi vəsığorta öhdəliyinin yaranmasına səbəb olan halların vergiödəyiciləri tərəfindən 3 illik müddətdən əvvəlki dövrlər üzrəkönüllü olaraq bəyan edilməsi)

3. Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi,kölgə iqtisadiyyatına qarşı mübarizə

  • Fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsinin14%-dən 10%-ə endirilməsi
  • ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limitinin artırılması(200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergiorqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsızödəmələrə münasibətdə 2 dəfə artırılması. Bununla da, ƏDV qeydiyyathəddi 400 min manata çatdırılmaqla dövriyyənin nağdsızformalaşmasının stimullaşdırılması)
  • Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərtərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminintətbiqi
  • Vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyətinə görətətbiq olunan 40 manat maliyyə sanksiyasının 200 manataqaldırılması
  • Elektron audit vergi nəzarət tədbirinin ləğv edilməsi və “Üfüqimonitorinq” nəzarət sisteminin tətbiqi, “Üfüqi monitorinq” nəzarətsisteminə qəbul edilmiş vergi ödəyicilərinə balansda olan əsasvəsaitlər üzrə amortizasiyanın azalan qalıq, yaxud düz xətt metoduilə hesablanması ilə bağlı seçim hüququnun verilməsi
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakinhəmin ərazilərdə deyil, mərkəzləşdirilmiş qaydada uçota alınanhüquqi və fiziki şəxslərin də işğaldan azad edilmiş ərazininrezidenti hesab edilməsi və güzəştlərdən yararlanması
Seçilən
137
7
az.trend.az

8Mənbələr