AZ

“Tramp yolu” ilə bağlı İrəvandan açıqlama: Çox ciddi məsələdir

BAKI, 21 noyabr. TELEQRAF

“TRIPP və ya “Tramp yolu” layihəsi çox ciddi regional əhəmiyyət daşıyır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Baş nazirin müavini bildirib ki, belə logistik layihələrin reallaşması istər-istəməz mövcud bazar qiymətlərinə təsir göstərir:

“Ermənistan belə layihələrin çox ciddi regional əhəmiyyət daşıdığını dəfələrlə vurğulayıb. Bu layihələri tamamlayanda logistika baxımından regionda hansı uyğunlaşmaların baş verdiyini hiss edəcəksiniz”.

Seçilən
0
teleqraf.com

1Mənbələr