AZ

“Hələlik rəsmi təsdiq yoxdur” Kreml “Tramp planı”na münasibət bildirdi

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kreml Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq üçün hazırlanan "sülh planı" ilə bağlı danışıqlara dair yeni açıqlama yayıb.

“AzPolitika” xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, "Moskvaya hələlik Kiyevin Trampın sülh planı ilə bağlı danışıqlara razılığı barədə məlumat verilməyib".

O, həmçinin bildirib ki, xarici mediada planın müddəaları, davam edən məsləhətləşmələr və mümkün imzalanma tarixləri ilə bağlı dərc olunan məlumatların həqiqiliyi barədə hələlik rəsmi təsdiq yoxdur.

Qeyd etmək lazımdır ki, Kreml indiyə qədər ABŞ ilə birgə hazırlanmış yeni "sülh planı"nın mövcudluğunu təsdiqləməkdən imtina edirdi. Məsələn, Peskov noyabrın 20-də deyib ki, "Ankoricdə deyilənlərə əlavə edəcək yeni bir şey yoxdur". Bu gün isə həmin fikrin əksini deyir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr