Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qurulmasının 33-cü ildönümüdür.
Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan edib və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalayıblar. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab verib və “91-lər”in təklifini qəbul edib. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib və 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilib.
18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
Yeni Azərbaycan Partiyası bu gün Qafqazın ən böyük partiyası hesab olunur.
Modern.az-ın məlumatına görə, hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 744 334 nəfərdir.
2019-cu ildə partiya üzvlərinin sayı 742 170 nəfər olub. 2019-cu ildən bu yana Yeni Azərbaycana 2164 nəfər yeni üzv qoşulub.