AZ

Fernandinyo 40 yaşında futbolu buraxdı...


Braziliya millisinin sabiq futbolçusu Fernandinyo karyerasını bitirib. Bu barədə 40 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. “Globo” nəşrinə danışan Fernandinyo yorulduğunu və bu səbəbdən artıq futbolla vidalaşdığını söyləyib.

2011-2019-cu illərdə Braziliya millisində çıxış edən yarımmüdafiəçi bu müddətdə 53 oyun keçirib və 2 qol vurub. “Atletik Paranaense”ın yetirməsi olan Fernandinyo son olaraq da bu klubda çıxış edib. Fernandinyo 2005-2013-cü illərdə Donetsk "Şaxtyor"unda, 2013-2022-ci illərdə isə “Mançester Siti”də oynayıb. Uzun müddət İngiltərə klubunun kapitanı olan futbolçu bu komandada 264 oyuna çıxıb və 20 qol vurub.

Mətləb

Seçilən
15
2
baki-xeber.com

3Mənbələr