AZ

Naxçıvanda 50 abidənin pasportu hazırlanır

Bakı.Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəniİrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindənNaxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix vəmədəniyyət abidələrinin pasportlaşdırılması işlərinəbaşlanılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının MədəniyyətNazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrəDövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə Dövlət Xidmətinin tabeliyindəfəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutununmütəxəssisləri Naxçıvan Muxtar Respublikasına ezam edilib. Görülənişlər çərçivəsində abidələrin dəqiq memarlıq ölçmə cizgilərihazırlanacaq, mövcud vəziyyəti qeydə alınacaq, fotofiksasiyaaparılacaq, coğrafi koordinatları müəyyən ediləcək, tarixiarayışları tərtib olunacaq, arxiv materialları araşdırılacaq vədigər zəruri tədbirlər həyata keçiriləcək.

Pasportların hazırlanması “Naxçıvan Muxtar Respublikasınınsosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün DövlətProqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınauyğun olaraq icra edilir.

Pasportlaşdırılacaq abidələr arasında Naxçıvan şəhərindəyerləşən Möminə Xatun (1186–1187) və Yusif ibn Kuseyir (1161–1162)türbələri, İsmayılxan hamamı (XVIII əsr), Ordubad şəhərindəkiBuzxana, Came məscidi və Mədrəsə (XVIII əsr), Culfa rayonundaGülüstan türbəsi (XIII əsr) və Xanəgah memarlıq kompleksi, Kəngərlirayonunda Qarabağlar Memarlıq Kompleksi (XII–XIV əsrlər) kimi dünyavə ölkə əhəmiyyətli memarlıq nümunələri də yer alır.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2025-ci il 8 iyul tarixli Qərarı ilə “Daşınmaz abidələrinpasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportununnümunəvi forması” təsdiqlənib. Qərara uyğun olaraq, AzərbaycanMilli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, təsdiqlənmişyeni forma əsasında Naxçıvan Muxtar Respublikası ərazisindəyerləşən 50 tarix və mədəniyyət abidəsinin pasportuhazırlanacaqdır.

Məqalədə:
Seçilən
14
15
az.trend.az

10Mənbələr