Banqladeşdə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 337 min nəfər əhalisi olan Tonqi şəhərindən 23 km şərqdə yerləşib.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.