AZ

"Biz istəyirik ki, 907-ci düzəliş birdəfəlik aradan qaldırılsın"


"Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda sülhün bünövrəsini, əsasını yaradaraq regionumuzu tamamilə başqa səviyyəyə yüksəltdi və Amerika-Azərbaycan münasibətləri də artıq strateji əlaqələr səviyyəsinə qalxıb."
Bu fikirləri Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mediaya açıqlamasında bildirib. S.Seyidov 907-ci düzəlişin tamamilə ləğvini arzuladığını açıqlayıb.
"Biz istəyirik ki, ABŞ Konqresi və Senat 907-ci düzəlişi müzakirə edilərək birdəfəlik aradan qaldırılsın. Biz istəyirik ki, Azərbaycanla bağlı hələ də hər hansı təşəbbüsləri irəli sürüb, ümumi sülh məsələlərini zəhərləmək istiqamətində çalışan erməni lobbisi artıq başa düşsün ki, onlar bizə qarşı yox, ABŞ-ın maraqlarına qarşı işləyirlər."

Mətləb

Seçilən
17
baki-xeber.com

1Mənbələr