AZ

Kukla Teatrında məhkəmə gərginliyi - Hakimin qərarı narazılıq doğurdu » AzadMedia.az


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrı ilə teatrın dram artisti Nərmin Əhmədova arasında məhkəmə çəkişməsi və mülki prosesdə verilən qərarla bağlı narazılıq var.
Belə ki, teatrın direktoru Rəşad Əhmədzadədən Bakı Şəhər Səbail Rayon Məhkəməsinə şikayət edən N. Əhmədovanın mülki işinə hakim İlkin Rüstəmlinin sədrliyi ilə baxılıb və bununla bağlı qərar 31.10.2025-ci il tarixində qəbul edilib.
İddiaçı Əhmədova Nərmin İntiqam qızının cavabdeh Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə bağlı qət edilən qərar bu dəfə qarşı tərəfdə narazılıq yaradıb.
Onu da qeyd edək ki, məsələ ilə bağlı hakim haqqında kütləvi informasiya vasitələrində gedən bir neçə faktı araşdırdıqda aydın oldu ki, onun haqqında birtərəfli, qeyri-obyektiv qərarlarla bağlı kifayət qədər açıqlama var.
Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək.
Seçilən
45
1
azadmedia.az

2Mənbələr