AZ

“Aİ ölkələri Ermənistanda rusofobiya toxumu səpirlər”

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Avropa İttifaqı (Aİ) ölkələri cəmiyyətin fikrini manipulyasiya edərək və rusofobiya toxumu səpərək Ermənistanı qrantlarla və boş vədlərlə aldadırlar. Gürcüstanda olduğu kimi ona neoliberal yanaşma təlqin etməyə çalışırlar”.

Yeniavaz.com xəbər verir ki, bunu ötən gün, noyabrın 20-də brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  deyib.

“Orada indi müşahidə missiyası yerləşdirdiklərini bilirsiniz və əslində bu, kəşfiyyat missiyasıdır — respublikanı özlərinin hərbi-siyasi orbitinə cəlb edirlər. Qısası, onlar rus və erməni xalqları arasında əsrlər boyu mövcud olmuş dostluğu məhv etmək istəyirlər. Və, əlbəttə, Cənubi Qafqaz ölkələrinə Avropa İttifaqının təklif etdiyi formula paradoksaldır. O, artıq açıq şəkildə aşağıdakı kimi formalaşdırılıb: Moldova və Ukraynanın nümunəsini izləyin — avrointeqrasiyaya qarşı iki reklam nümunəsini. Əslində, onların istədiyi məhz budur”, - Zaxarova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
yeniavaz.com

3Mənbələr