AZ

POLİQON hərbi-kosmik texnoloji jurnalının 4 (78) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının avqust 2025-ci il tarixli 4-cü (78) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Türkiyənin İstanbul şəhərində keçirilmiş 17-ci IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisidə təqdim edilən məhsullarla bağlı məlumat, reportaj və müsahibələr, “Qlobal bazarda təklif edilən qırıcı təyyarələr – I HİSSƏ”, “İctimai təhlükəsizlik və korporativ rabitə sahəsində milli gücün adı: HYBRA 3810”, “STM yeni nəsil PUA sistemləri ilə sahədə oyun qaydalarını dəyişir”, “Azərbaycanın ilk suüstü kamikadze dronları IDEF 2025-də nümayiş etdirildi”, “MİRAS: qabaqcıl servis, inteqrasiya və texniki xidmətlə müasir çağırışlara hazırdı”, “Sedef VEHBİ: Otokar Azərbaycanda zirehli texnikalar istehsal etməyi hədəfləyir”, “MKE -nin Azərbaycan platforması: Texnologiya transferi, birgə istehsal və ixrac vizyonu”, “ASELSAN-ın yeni nəsil müdafiə texnologiyalarının qlobal bazardakı debütü”, ““Roketsan” IDEF-2025: Strateji müqavilələr, yeni nəsil raket sistemləri və müdafiə sənayesində güc nümayişi”, “STM yeni PUA və dəniz platformalarını ilk dəfə IDEF 2025-də sərgiləyib” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

Seçilən
57
poliqon.az

1Mənbələr