AZ

Ağ Ev Ukraynada sülh planının hazırlanmasının təfərrüatlarını açıqlayıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə sülh planı hazırlamaq üçün ABŞ Dövlət Katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff həm Ukrayna, həm də Rusiya ilə bərabər səviyyədə əməkdaşlıq ediblər.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Onun sözlərinə görə, Rubio və Uitkoff son bir aydır ki, bu plan üzərində gizli şəkildə işləyirlər.

"Onlar hər iki tərəflə bərabər səviyyədə əməkdaşlıq edərək, bu ölkələrin güclü və davamlı sülhə nail olmaq üçün nəyə razılaşacaqlarını başa düşüblər. Danışıqlar davam edir və Prezident Tramp bu planı dəstəkləyir", - o bildirib.

Livitt vurğulayıb ki, bu, həm Rusiya, həm də Ukrayna üçün yaxşı plandır.

Bundan əlavə, Ağ Evin mətbuat katibi Ukraynadakı sülh razılaşmalarının birtərəfli ərazi güzəştləri kimi başa düşülməsini səhv adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
apa.az

2Mənbələr