AZ

Danimarkalı qapıçı “Çelsi”dən ayrıla bilər

“Çelsi” qapıçısı Filip Yorgensen qış transfer pəncərəsində komandadan ayrılmağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı  oyunçu bu mövsüm cəmi 4 oyunda iştirak edib və oyun vaxtının azlığından narazıdır.

Danimarkalı qolkiper yanvarda komandadan getməyə hazırdır. Onun taleyi London klubunun qərarından asılı olacaq.

Filip Yorgensen 2024-cü ilin yayında “Vilyarreal”dan “Çelsi”yə 24,5 milyon avroya transfer olunub. Transfermarkt qiymətinə görə, qapıçının hazırkı dəyəri 18 milyon avrodur. “Çelsi”də əsas qapıçı statusunu hələ də Robert Sançes qoruyur.

Seçilən
47
90deqiqe.az

1Mənbələr