AZ

COP30 konfransı yanğın səbəbilə təxliyə edilib - YENİLƏNİB

COP30 konfransının pavilyonlarından birində yanğın baş verib və təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar.

APA xəbər verir ki, hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib.

İlkin məlumatlara görə, yanğına elektrik nasazlığı səbəb ola bilər, lakin rəsmi səbəb hələ təsdiqlənməyib.

Yanğın tez bir zamanda söndürülüb; xəsarət alan olmayıb, lakin konfrans müvəqqəti olaraq dayandırılıb.

***

22:20

Braziliyanın Belém şəhərində keçirilən BMT-nin COP30 iqlim danışıqları, məkanda baş verən yanğına görə təxliyə edilib.

APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Braziliya hökuməti yanğının artıq nəzarət altına alındığını və heç kimin xəsarət almadığını bildirib.

Seçilən
31
2
apa.az

3Mənbələr