AZ

COP30-da DƏHŞƏTLİ yanğın: Müzakirə zalı təxliyə edildi - VİDEO

Musavat.com xəbər verir ki, Braziliyanın Belem şəhərində keçirilən BMT İqlim Dəyişikliyi Zirvəsi (COP30) zamanı güclü yanğın baş verib. 

Məlumata görə, zirvə iştirakçılarının olduğu müzakirə sahəsində yanğın baş verib və təhlükəsizlik səbəbindən dərhal təxliyə elan edilib.

Yanğın ölkələr və beynəlxalq təşkilatların stendlərinin yerləşdiyi “Mavi Zona”da qeydə alınıb. Mavi Zonada həm nümayəndə heyətləri, həm də diplomatik missiyalar fəaliyyət göstərir.

Təhlükəsizlik əməkdaşları dərhal bütün təcili çıxışları açaraq ərazidə olan iştirakçıların təhlükəsiz şəkildə təxliyəsini təmin ediblər. Hadisənin səbəbi barədə hələlik rəsmi açıqlama verilmir.

 

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr