Musavat.com xəbər verir ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill müharibə ilə bağlı yenidən mübahisə doğuran bir açıqlama verib.
O bildirib ki, Rusiya hərbçilərinin döyüş əməliyyatlarında iştirakı “şərin qarşısını almaq” kimi təqdim oluna bilər və bu, guya “altıncı əmrin – öldürmə – göstərişinə zidd deyil”.
Patriarxın iddiasına görə, “müharibədə iştirakdan yayınmaq” əksinə, “şərin qarşısını almamaq” deməkdir və bu, həmin əmrin pozulması kimi qiymətləndirilə bilər.
Musavat.com