Putin “Qərb” qruplaşmasının komanda məntəqəsinə baş çəkdi – cəbhə xəttindən məruzələr dinləndi
Musavat.com xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin cümə axşamı “Qərb” qruplaşmasının komanda məntəqəsini ziyarət etdiyini bildirib.
Geniştərkibli müşavirə
Məlumata görə, Putin toplantıda Rusiya Baş Qərargah rəisi, Baş Operativ İdarənin rəhbərliyi, “Qərb” və “Cənub” qruplaşmalarının komandirləri ilə birgə vəziyyəti müzakirə edib. Prezident Konstaninovka, Kramatorsk istiqaməti və Kupyansk ətrafındakı durumla bağlı məruzələri dinləyib.
Putin əvvəlki müşavirədə qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyini bildirib və daha sonra Baş Qərargah rəisi Valeri Gerasimovdan “Mərkəz” qruplaşmasının məsuliyyət zonasındakı vəziyyət barədə məlumat istəyib.
Komandirlərin hesabatları
Qeyd edilib ki, “Mərkəz” qruplaşmasının komandanı müşavirəyə dəvət olunmayıb, çünki “mövcud tapşırıqları yerində həll etməlidir”. Prezident həmçinin “Cənub” qruplaşmasının rəhbərindən Konstaninovka və Seversk ətrafındakı son vəziyyət barədə məlumat tələb edib.
Putinin sözlərinə görə, Konstaninovkada döyüşlər artıq yaşayış məntəqəsinin daxilində gedir. O əlavə edib ki, Kupyansk və Oskol çayının sol sahili istiqamətində də döyüş dinamiki yüksəkdir.
Kupyanskda blokada iddiası
Putin bildirib ki, Kupyansk və ona bitişik ərazilərdə təxminən 15 Ukrayna batalyonu blokadaya alınıb.
Musavat.com