AZ

Aİ rəsmisi sülhə nail olmaq üçün Ukraynaya açıq şəkildə dəstək verdiklərini açıqlayıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı ABŞ və Rusiyanın Ukrayna və ya Avropa olmadan müharibəyə son qoymaq üçün plan hazırladığı barədə məlumatlar fonunda Ukraynaya açıq şəkildə dəstək verdiyini açıqlayıb.

APA xəbər verir ki, UNIAN-ın verdiyi məlumata görə, Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bu açıqlamanı Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilən brifinqdə verib.

O Aİ-nin Ukraynanı dəstəkləməklə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını deyib.

Kallas bildirib ki, Avropa İttifaqı həmişə ədalətli, davamlı və hərtərəfli sülhü dəstəkləyib.

"Bizim mövqeyimiz dəyişməyib. Hər hansı bir sülh planının uğurlu olması üçün bu plan Ukrayna və Avropa tərəfindən dəstəklənməlidir. Əgər Rusiya həqiqətən sülh istəsəydi, mart ayında qeyd-şərtsiz atəşkəs təklifini qəbul edərdi", - Kallas vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
3
apa.az

4Mənbələr