AZ

“Amorim yeni istedadlara şans verməlidir”

“Mançester Yunayted”in hücumçusu Benyamin Şeşko yaxın günlərdə aldığı zədədən dolayı təxminən bir ay müddətində oyunlardan kənar qalacaq.

90deqiqe.Az xəbər verir ki, sloveniyalı hücumçunun olmaması fonunda komandanın sabiq üzvü Duayt York baş məşqçi Ruben Amorimə çağırış edərək gənc futbolçulara şans verməyi tövsiyə edib:

“Amorim gənc oyunçulara şans verməli və yeni istedadları komandaya cəlb etməlidir ki, Şeşko zədələnmiş vaxtda onlar meydana çıxış imkanı əldə etsinlər. “Yunayted” əvvəlcə müvəqqəti oyunçulara etibar edirdi, amma gördük ki, bu işə yaramır”, – deyə York bildirib.

Hazırda İngiltərə Premyer Liqasında 11 turdan sonra “qırmızı şeytanlar” 18 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Komanda bazar ertəsi evdə “Everton”la qarşılaşacaq.

Seçilən
32
90deqiqe.az

1Mənbələr