AZ

Yeni Klinikada robotik reabilitasiya və transplantasiya mərkəzlərinə mediatur olub

Yeni Klinikada robotik reabilitasiya və transplantasiya mərkəzlərinə mediatur olub

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri yaradılıb.

AFN.az xəbər verir ki, ötən gün baş tutan açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Bu gün hər iki mərkəzin açılışı münasibətilə mediatur təşkil olunub. Məqsəd media nümayəndələrini yeni yaradılan mərkəzlərin fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlarla tanış etməkdən ibarət olub.

Mediaturda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov, TƏBİB-in İctimaiyyətlə əlaqələr-kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, eləcə də media rəhbərləri və nümayəndələri iştirak edib.

Media nümayəndələri ayrı-ayrılıqda Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzləri ilə tanış olub. Onlara burada yaradılan şərait, göstərilən tibbi xidmətlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, 3600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi, Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir.

Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyəsini minimuma endirməkdir. Mərkəz həm ambulator, həm də stasionar müalicə xidmətləri təqdim edir.

Müəssisədə ümumilikdə 3 həkim-fizioterapevt, 1 həkim-travmatoloq, 4 həkim-nevroloq, 4 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, 9 müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı, 32 fizioterapevt-reabilitoloq, 17 tibb bacısı/qardaşı, 2 masaj üzrə tibb bacısı/qardaşı və 20 kiçik tibb işçisi fəaliyyət göstərir.

Seçilən
16
afn.az

1Mənbələr