"Kamp Nou" tikintisində "Limak Holding" in podratçı "Ekstrem İşler" şirkətində çalışan türk işçilər etiraz ediblər.
Offsideplus.az xəbər verir ki, işçilər bir ildir sığortasız, icazəsiz və qaçaq işçi kimi işlədiklərini və sonradan qeyri-qanuni şəkildə işdən çıxarıldıqlarını bildiriblər.
Məlumatlara görə, şirkətdə təxminən 50 işçi artıq iş yükü ilə işlədilib, bəzi işçilər işdən çıxarıldıqdan sonra sərhəddən çıxarılma riski ilə üzləşiblər.
İnşaat yerində 450-yə yaxın qaçaq işçi aşkarlayıb.
Mütəxəssislər vurğulayır ki, "Limak Holding" podratçı şirkətə nəzarətini artırmalıdır, çünki işçi hüquqlarının pozulması layihənin uğurunu kölgədə qoyur.